Su, Torpaq

                                                                 Su qrupunun araşdırmaları
Verilən tapşırığı yerini yetirmək üçün 1 nəfər internet üzərindən ölkəmizin mineral və şirin su ehtiyyatlarını araşdırdı.  2 nəfər isə onların araşdırmalarına əsaslanaraq xəritə hazırladı.  2 nəfər isə su ilə benzinin satış qiymətini araşdırdı və onları müqyisə etdi.

Yer kürəsinin yarıdan çox hissəsi sudan ibarətdir. Dünyadakı bütün canlıların orqanizmlərinin xeyli hissəsi sudan ibarətdir. Yaşamaq üçün  insan  gündə 2-3 litr su içməlidir. Buna görə də insan uzun müddət susuz yaşaya bilməz.  
.

Azərbaycan Respublikasında mineral su bulaqları tükənməzdir. Respublika ərazisində 1000-dən çox mineral su bulağı vardır. 
  Kəlbəcər rayonunda İstisu bir sıra xüsusiyyətlərinə görə bütün dünyada məşhur olan Karlovi Vari suyundan daha üstündür.

Şəhərimiz içməli su kimi Göy Göl suyundan istifadə edir. 1139-cu ildə Gəncədə  baş vermiş zəlzələ nəticəsində  Kəpəz dağının bir hissəsi uçaraq Ağsu  çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl gölü yaranmışdır.  Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8-10 metrdir.



Qrupumuzun üzvləri verilən tapşırığa uyğun olaraq Vətənimizin mineral su ehtiyyatlarını araşdırmış və mineral su ehtiyatlarının əks etdirən Azərbaycan xəritəsini hazırlamışdır. Bunlar Naxçıvanda Badamlı, Sirab, Vayxır,  Abşeron rayonunda Şıx, Suraxanı,   Dəvəçi rayonunda Qalaltı, Culfa rayonunda Darıdağ,   Quba rayonunda Xaltan, Xaşı, Cimi,   Şuşa şəhəri yaxınlığında Turşsu, və Şırlan  sularıdır.


Verilən tapşırığa əsasən Gəncə şəhərinin marketlərində satılan 1 litr suyun və yanacaqsatma məntəqələrində 1 litr benzinin qiymətini araşdırdıq və aşağıdakı nəticəni əldə etdik.

               1litr  benzin: 70-80 qəpik                                             1 litr su: - 50-60 qəpik


Bu məhsulların maya dəyərini nəzərə alsaq, suyun benzinlə eyni qiymətə olduğu  və ölkəmizin bu təbii sərvətdən düzgün istifadə etməklə  neftə bərabər gəlir əldə edə biləcəyi nəticəsinə gəlirik. 


Torpaq qrupunun araşdırmaları

Qrupa verilən tapşırığı yerinə yetirmək üçün 2 nəfər məktəbimizin yaxınlığında yerləşən Tural Sarayındakı aşpazlarla görüşüb istifadə olunan ərzaqların siyahısını tərtib etdilər, həmin ərzaqları  bitki və heyvan mənşəli ərzaqlara ayırdılar və hansından daha çox istifadə olunduğunu müəyyən etdilər. Digər 2 nəfər isə həmin ərazidə yerləşən Dəmiryol Poliklinikasının həkimləri ilə görüşüb bu ərzaqların hansının insan orqanizmi üçün daha sərfəli olduğu haqqında məsləhətlər aldılar. 1 nəfər isə torpaq haqqında internet üzərindən araşdırmalar apardı.

 Torpaq yer qabığının bitki bitən üst qatıdır. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir
 
.
 Azərbaycanın vahid torpaq fondunun sahəsi 8 milyon 641 min 500 hektardır. Rəsmi rəqəmlərə görə, təxminən 4,5 milyon ha ərazimiz kənd təsərrüfatı üçün yararlıdır. Hazırda bunun 30 faizindən, yəni

1 milyon 583 min hektarından istifadə olunur. Qalan torpaqlar qışlaq, örüş və biçənək sahələridir. Əkinəyararlı torpaqların isə 600 min hektarı ermənilər tərəfindən işğal olunub.

Qidamızın əsas mənbəyi torpaq hesab olunur. Çünki süfrəmizdəki ərzaqların çox hissəsi torpaqda bitən bitkilərdən hazırlanır. Bizim Tural şadlıq Sarayındakı araşdırmalarımız da bunu göstərdi. Bu    həmin sarayın müştərilərə təklif etdiyi menyudur.

 Göründüyü kimi stol üzərində olan 63 növ ərzaqdan  43 növü birbaşa torpaqla bağlı ərzaqlardır. 16 növü hevan mənşəli, 4 növü isə hər ikisinin qarışığından hazırlanmış ərzaqlardır. 

Hansı ərzaqlarla qidalansaq daha sağlam olarıq? Bu sualla yenə Dəmiryol Poliklinikasının həkimlərinə müraciət etdik. Həkimlərimiz bu suala belə cavab verdilər:
 Sağlam qidalanmanın əsas şərti ilk növbədə ət və ət məhsullarından imtina etmək, yalnız bitki mənşəli təbii qidalardan istifadə etməkdir. Buna natural qidalanma deyilir və orqanizmə lazım olan faydalı elementlərin ilk mənbədən alınmasını nəzərdə tutur. Ümumiyyətlə, insanın mədə-bağırsaq sistemi ətlə qidalanma üçün nəzərdə tutulmayıb. Bir sözlə, insan öz orqanizminin fizioloji və təbii tələblərini nəzərə almağa məcburdur. Natural qidalanma, yəni qeyd olunan maddələrinin birbaşa ilk mənbədən- təbiətdən alınma prosesi sağlam həyat tərzinin əsas şərtidir. 
Həkimlərimizdən və aşpazlarımızdan aldığımız məsləhətlərə əsaslanaraq qarşıdan gələn Novruz çərşənbələri üçün aşağıdakı menyunu hazırladıq. Süfrələrinizi bəzəyərkən bu ərzaqlardan zövqə görə istifadə etməyi məsləhət görürük.




Комментариев нет:

Отправить комментарий