Günəş, Hava

Günəş qrupqnun araşdırmaları

 Araşdırma aparmaq üçün qrupumuzda vəzifə bölgüsü apardıq. 2 nəfərə Günəş haqqında internet üzərindən araşdırmalar aparıb onun canlılara təsirini öyrənmək tapşırıldı. 2 nəfər isə Gəncə Dəmiryol Poliklinikasının həkimləri ilə görüşüb günəşin insanlara göstərdiyi təsirləri öyrənmək tapşırıldı. Qalan 2 nəfər isə toplanan məlumatları sistemləşdirib Gün rejimi tərtib etməli idi. Qərara gəldik ki, görüş günü  toplanan məlumatlar sistemləşdirilib müzakirə olunsun  və araşdırmalar ona uyğun davam etdirilsin.
 Günəş Yer kürəsinə ən yaxın ulduzdur.   Yerdə baş verən proseslərdə Günəşin böyük rolu vardır. Yer kürəsi üzərində  canlıların yaşaması Günəşlə birbaşa bağlıdır. Günəşin səthində teperatur 5530 selsi dərəcidir. Onun kütləsi 200 trilyon tondur. Günəş təxminən 5 milyard il bundan əvvəl yaranmışdır. Hesab edilir ki, daha 5 milyard il də işıq saçacaq.


Yer kürəsi də daxil olmaqla  8 planet Günəş ətrafında hərəkət edir. Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, və Neptundur. 

Günəş canlıların həyatında böyük rol oynayır. İstifadə etdiyimiz qidalar birbaşa və dolayı yolla Günəş enerjisindən alınır. Bu bitkilərdə baş verən fotosintez prosesi ilə baş verir. Günəşdən enerjini alan bitkilər onu sintez edərək müxtəlif məhsullar şəklində bizə çatdırır. Bitkidə olan xlorofil günəşin şüalarının təsiri ilə bitkiyə yaşıllıq verir. Payızda günəş şüaları zəiflədikcə xlorofilin də fəaliyyəti zəifləyir və bitkilər saralmağa başlayır.
Gəncə Dəmiryol Poliklinikasının həkimləri ilə görüşdük. Həmin həkimlərdən Günəşin insanlara hansı mənfi və müsbət təsirlər göstərdiyini soruşduq. Həkimlərimiz bunu belə izah etdilər:  
  Günəşin  insan sağlamlığı üçün böyük xeyri vardır. Günəş altında qaralma orqanizmdə D vitaminini gücləndirir. Bu da insanda ümunitetin güclənməsinə səbəb olur. Lakin normadan çox qaralma dəridə fəsadlara səbəb ola bilər.
 Lakin Günəş şüaları insan orqanizminə nə qədər müsbət təsir göstərirsə, bir o qədər də mənfi təsiri ola bilər. Bu görüşdüyümüz həkimlərin fikridir.
  Onların fikrincə isti yay günlərində bədən istiliyinin tənzimlənə bilməməsi nəticəsində insan xəstələnə bilər.  El arasında buna "gün vurma" deyilir. Bu zaman insanlarda halsızlıq, başgicəllənmə, yorğunluq və s hallar özünü göstərir. Əgər belə hallar müşahidə olsa həmin adamı sərin bir yerə aparmaq, paltarını soyundurmaq, arxası üstə uzatmaq və təcili yardıma zəng vurmaq lazımdır. Gün vurma ən çox günün qızmar vaxtlarında baş verir.
  Araşdırma zamanı əldə etdiyimiz məlumatlara əsaslanaraq bu nəticəyə gəldik.
  Günəş canlıların həyatında əvəzolunmaz bir varlıqdır. Əldə etdiyimiz məlumatlara görə Yer üzərində mövcud olan bütün  enerjilərin ilkin mənbəyi Günəşdir. Günəşin insanlara nə qədər xeyirli təsiri varsa, bir o qədər də zərərli təsiri var. Buna əsaslanaraq sinfimizin bütün şagirdlərinə  aşağıdakı gün rejiminə əməl etmələrini məsləhət görürük.
  İsti yay günü üçün gün rejimi:
      1. Saat 11:00-dan 16:00-a qədər günəşdə  olmamaq.
      2. Bədəni qaraltmaq üçün 15-20 dəqiqədən artıq günəşdə qalmamaq.
      3. Günəşə çıxarkən mütləq başa papaq qoymaq və ya çətir götürmək.

Hava qrupunun araşdırmaları

  Qrupumuzda verilən tapşırığa uyğun Gəncə və Daşkəsən Şəhərləri üçün  intenetdən və ya televiziyadan bir həftəlik hava proqnozunu öyrənmək üçün 1 nəfər ayrıldı. 2 nəfər isə məktəbimizdə fizika müəllimi işləmiş, hal-hazırda təqaüddə olan İmamverdi müəllimlə görüşüb niyə havanın müxtəlif yerlərdə müxtəlif olduğu haqqında fikirlərini öyrənmək tapşırıldı. 
 Tapşırığa uyğun olaraq  bir həftə müddətində Gəncə və Daşkəsən şəhərlərindəki hava durumu  aşağıdakı kimi olmuşdur.



Müşahidələrimiz göstərdi ki, havanın temperaturu günbəgün yüksəlməyə doğru gedir. Cədvələ diqqətlə fikir versək şəhərlər arasındakı temperatur fərqi 4-6 dərəcədir. 



. Bunun səbəbini öyrənmək üçün məktəbimizin coğrafiya nüəllimi Sədaqət müəllimə müraciət etdik. Onun dediklərinə görə hava qatında aşağıdan yuxarı qalxdıqca havanın temperaturu aşağı düşür. Hesablamalara görə hər 1000 metrdən bir havanın temperaturu 6 dərəcə aşağı düşür. Gəncə və Daşkəsən şəhərləri müxtəlif yüksəkliklərdə yerləşdiyinə görə hava temperaturunda fərqlər müşahidə olunur.
  Bəs bu şəhərlərin hansında hava daha təmizdir?  Bu sualı  hazırda təqaüddə olan İmamverdi müəllimə ünvanladıq. İmamverdi müəllimin dediklərindən:
  -Hava canlıların yaşaması üçün ən vacib amillərdəndir. Onsuz  yaşayış 5 dəqiqədən artıq sürə bilməz. İnsanların sağlam yaşaması üçün  hava təmiz olmalıdır. Lakin bu gün şəhərimizdə hava o qədər də təmiz deyil. Gün boyu avtomobillərdən çıxan qazlar, bacalardan çıxan tüstülər, zavod və fabriklərdən yayılan qazlar və s. tənəffüs etdiyimiz havanı çirkləndirir.  Amma eyni zamanda meşələr və bitki örtüyü havanı daim təmizləyir. İndi özünüz müqyisə edin. Daşkəsəndə avtomobil az, zavod və fabrik az, meşə və yaşıl bitki örtüyü çox. Gəncədə isə avtomobil çox, zavod fabrik çox, bitki az, meşə isə yoxdur.  Əlbəttə ki, Daşkəsəndə hava daha təmiz olacaq.


Комментариев нет:

Отправить комментарий