Biz Gəncə şəhər 37 saylı tam orta məktəbin ikinci sinfində oxuyuruq. Sinfimizdə 28 şagird var. Bu bizim 2014-cü ildə ilk dəfə məktəbə qədəm qoyduğumuz gün çəkdirdiyimiz şəkildir.
Oxuduğumuz müddətdə mövzumuzla əlaqədar bir neçə dəfə müxtəlif müəssisələrə ekskursiyalar etmişik. Gəncə "Neon" çörək fabrikinə ekskursiyamız çox maraqlı keçdi.
Bu isə 2015-ci ildə ikinci sinifdə oxuduğumuz müddətdə çəkilib.
Oxuduğumuz müddətdə mövzumuzla əlaqədar bir neçə dəfə müxtəlif müəssisələrə ekskursiyalar etmişik. Gəncə "Neon" çörək fabrikinə ekskursiyamız çox maraqlı keçdi.
Samux rayon Lək kəndində yerləşən Quşçuluq Müəssisəsinə də ekskursiyamız yaddaqalan oldu.
Sinfimiz haqqında daha ətrafl məlumat almaq istəsəniz Facebook sosial şəbəkəsinin
Bizim İbtidai Sinif 37 səhifəsinə müraciət edə bilərsiniz.
https://www.facebook.com/Bizim-Ibtidai-sinif-37-449892888422338/?ref=hl
Müəllim bizə "Onsuz
mənə həyat yoxdur" layihəsi haqqında məlumat verdi.Layihənin əsas məqsədi
günəş,
hava,
su və torpağın canlıların yaşaması üçün ən vacib amil olduğunu dərk etmək və
onları qorumağın əhəmiyyətini sadə şəkildə başa düşməkdən ibarətdir. Bu mövzunun məqsədi, araşdırılması haqqında o qədər
maraqla danışdı ki, hamımız istər- istəməz
bir nəfər kimi razılaşdıq. Əvvəlcə rəngli
kvadrat kağızları torbadan çıxardıq. Eyni rəngli kvadratları olanlar bir yerə
toplaşaraq qruplara bölündük. Qruplara
araşdıracağımız qrup işlərinə uyğun ad seçdik.
GÜNƏŞ QRUPU
Günəşlə bağlı
araşdırmalar aparacaq qrupu "Günəş"
adlandırdıq. Qrupa verilən tapşırıq : Günəşin
insanlara və bitkilərə müsbət və mənfi təsirini araşdırmaq və günəşli havada gəzinti
üçün gün rejimi tərtib etmək.
Məqsəd: Günəşin canlılarda
yaratdığı müsbət və mənfi təsirləri araşdırmaq.
Qrup üzvləri
öz aralarında Əsgərov Fəqanı qrup lideri seçdilər.
HAVA QRUPU
Hava ilə
bağlı araşdırmaları aparacaq qrupu isə "Hava" adlandırdıq. Bu qrupun
tapşırığı: Bir həftə ərzində Gəncə və Daşkəsən şəhərlərinə aid hava haqqında məlumatı
izləmək və müqayisə etmək. Havanın bu şəhərlərin hansında daha təmiz olduğu
haqqında araşdırmalar aparmaq. Şəhərimizin havasının daha təmiz olması üçün təkliflər
paketi hazırlamaq.
Məqsəd: Havanın canlıların
yaşaması üçün ən vacib amil olduğunu dərk
edir və onun qorunmasının vacibliyini başa düşür.
Qrup üzvləri
öz aralarında Cəfərova Nuranəni qrup lideri seçdilər.
SU QRUPU
Su ilə
bağlı tapşırıqları yerinə yetirəcək qrupu "Su" adlandırdıq.
Tapşırıq: Ölkəmizin
mineral və şirin su ehtiyatlarını araşdırıb xəritə hazırlamaq.
Məqsəd: Suyun canlıların yaşaması üçün ən vacib amillərdən
biri olduğunu dərk edir və onun qorunmasının əhəmiyyətini başa düşür.
Qrup üzvləri
öz aralarında Məmmədova Ayşəni qrup lideri seçdilər.
TORPAQ QRUPU
Torpaq
ilə bağlı araşdırmaları aparan qrupu "Torpaq" adlandırdıq.
Tapşırıq: İştirak
etdiyiniz toylardan birində stolun üstünə düzülən ərzaqların siyahısını tərtib
etmək və onları torpaqla bağlı ərzaqlar və digər ərzaqlar başlıqları altında
qruplaşdırmaq. Hansının insan üçün daha xeyirli olması barədə araşdırmalar
aparmaq. Qarşıdan gələn Novruz çərşənbəsi süfrəsi üçün yalnız torpaqla bağlı ərzaqlardan
ibarət menyu hazırlamaq.
Məqsəd: Torpağın qidamızın əsas mənbəyi
olduğunu anlayır və onu qorumağın əhəmiyyətini
başa düşür .
Qrup üzvləri
öz aralarında Nağıyeva Rüxsarəni qrup lideri seçdilər.
BÜTÜN DOSTLARIMIZA LAYİHƏNİ UĞURLA BAŞA VURMAQ ÜÇÜN UĞURLAR ARZULAYIRIQ.