вторник, 16 февраля 2016 г.

Biz  Gəncə şəhər 37 saylı tam orta məktəbin ikinci sinfində oxuyuruq. Sinfimizdə 28 şagird var. Bu bizim 2014-cü ildə ilk dəfə məktəbə qədəm qoyduğumuz gün çəkdirdiyimiz şəkildir.






Bu isə 2015-ci ildə  ikinci sinifdə oxuduğumuz müddətdə çəkilib.






Oxuduğumuz müddətdə mövzumuzla əlaqədar bir neçə dəfə müxtəlif müəssisələrə ekskursiyalar etmişik. Gəncə "Neon" çörək fabrikinə ekskursiyamız çox maraqlı keçdi.





Samux rayon Lək kəndində yerləşən Quşçuluq Müəssisəsinə də ekskursiyamız yaddaqalan oldu.





Sinfimiz haqqında daha ətrafl məlumat almaq istəsəniz Facebook sosial şəbəkəsinin 
                      Bizim İbtidai Sinif 37 səhifəsinə müraciət edə bilərsiniz.
        https://www.facebook.com/Bizim-Ibtidai-sinif-37-449892888422338/?ref=hl

Müəllim bizə "Onsuz mənə həyat yoxdur" layihəsi haqqında məlumat verdi.Layihənin əsas məqsədi günəş, hava, su və torpağın canlıların yaşaması üçün ən vacib amil olduğunu dərk etmək və onları qorumağın əhəmiyyətini sadə şəkildə başa düşməkdən ibarətdir. Bu mövzunun məqsədi, araşdırılması haqqında o qədər maraqla danışdı ki, hamımız  istər- istəməz  bir nəfər kimi razılaşdıq. Əvvəlcə rəngli kvadrat kağızları torbadan çıxardıq. Eyni rəngli kvadratları olanlar bir yerə toplaşaraq qruplara bölündük.  Qruplara araşdıracağımız qrup işlərinə uyğun ad seçdik.

GÜNƏŞ QRUPU


Günəşlə bağlı araşdırmalar aparacaq qrupu  "Günəş" adlandırdıq. Qrupa verilən tapşırıq : Günəşin insanlara və bitkilərə müsbət və mənfi təsirini araşdırmaq və günəşli havada gəzinti üçün gün rejimi tərtib etmək.
Məqsəd: Günəşin  canlılarda yaratdığı müsbət və mənfi təsirləri araşdırmaq.
Qrup üzvləri öz aralarında Əsgərov Fəqanı qrup lideri seçdilər.



HAVA QRUPU


Hava ilə bağlı araşdırmaları aparacaq qrupu isə "Hava" adlandırdıq. Bu qrupun tapşırığı:  Bir həftə ərzində Gəncə və Daşkəsən şəhərlərinə aid hava haqqında məlumatı izləmək və müqayisə etmək. Havanın bu şəhərlərin hansında daha təmiz olduğu haqqında araşdırmalar aparmaq. Şəhərimizin havasının daha təmiz olması üçün təkliflər paketi hazırlamaq.
Məqsəd: Havanın  canlıların yaşaması üçün ən vacib amil olduğunu  dərk edir və onun qorunmasının vacibliyini başa düşür.
Qrup üzvləri öz aralarında Cəfərova Nuranəni qrup lideri seçdilər.



SU QRUPU


Su ilə bağlı tapşırıqları yerinə yetirəcək qrupu "Su" adlandırdıq.
Tapşırıq:  Ölkəmizin mineral və şirin su ehtiyatlarını araşdırıb xəritə hazırlamaq.
Məqsəd: Suyun canlıların yaşaması üçün ən vacib amillərdən biri olduğunu dərk edir və onun qorunmasının əhəmiyyətini başa düşür.
Qrup üzvləri öz aralarında Məmmədova Ayşəni qrup lideri seçdilər. 



TORPAQ QRUPU




Torpaq ilə bağlı araşdırmaları aparan qrupu "Torpaq" adlandırdıq.
Tapşırıq:  İştirak etdiyiniz toylardan birində stolun üstünə düzülən ərzaqların siyahısını tərtib etmək və onları torpaqla bağlı ərzaqlar və digər ərzaqlar başlıqları altında qruplaşdırmaq. Hansının insan üçün daha xeyirli olması barədə araşdırmalar aparmaq. Qarşıdan gələn Novruz çərşənbəsi süfrəsi üçün yalnız torpaqla bağlı ərzaqlardan ibarət menyu hazırlamaq.  
Məqsəd: Torpağın qidamızın əsas mənbəyi olduğunu  anlayır və onu qorumağın əhəmiyyətini başa düşür .
Qrup üzvləri öz aralarında Nağıyeva Rüxsarəni qrup lideri seçdilər.


BÜTÜN DOSTLARIMIZA LAYİHƏNİ UĞURLA BAŞA VURMAQ ÜÇÜN UĞURLAR ARZULAYIRIQ.